Azərbaycanın 3 güləşçisi dünya ikincisi olub

Azərbaycanın 3 güləşçisi dünya ikincisi olub Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.
Fərdi
17 Avqust , 2021 19:02
Azərbaycanın 3 güləşçisi dünya ikincisi olub
Zirəddin Bayramov

Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 79 kq-da Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayıb.

Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub.

18:30

Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında qızıl medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 70 kq-da yarışan Cəbrayıl Hacıyev finalda iranlı İrfan Elahi ilə üz-üzə gəlib.

Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.

17:56

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.

İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi