Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında gümüş əldə edib.
"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda kubalı Luis Sançesə uduzub.
Daha əvvəl 63 kq-dəki Murad Məmmədov da gümüş medalla kifayətlənib.
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Gürcüstan təmsilçisi Leri Abuladzeyə uduzub.
Bu gün həmçinin Həsrət Cəfərov (67 kq) da qızıl medal uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst güləşçilərdən isə Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.