Dmitri Kramarenkonun qızı Bakıda 2 medal qazandı - YENİLƏNİB

Dmitri Kramarenkonun qızı Bakıda 2 medal qazandı - YENİLƏNİB Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib
Fərdi
9 May , 2021 15:37
Dmitri Kramarenkonun qızı Bakıda 2 medal qazandı - YENİLƏNİB
Lala Kramarenko

Rusiyanın bədii gimnastı Lala Kramarenko Bakıda keçirilən Dünya Kubokunda daha bir medal qazanıb.

"Report"un məlumatına görə, 17 yaşlı idmançı fərdi proqramda gürzlə hərəkətlərdə 27.150 xal toplayıb. Bu nəticə isə ona 3-cü yeri tutmaq imkanı verib.

Yarışın bu növündə qızıl medal Linoy Aşrama (İsrail), "gümüş" isə Boryana Kaleynə (Bolqarıstan) qismət olub.

12:51

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda final çıxışları başlayıb.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib.

Birinci yeri 27.150 xal toplayan İsrail təmsilçisi Linoy Aşram tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin və Rusiyanın MOİK komandasının qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Son xəbərlər

Orphus sistemi