Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
  • 25 oktyabr, 2022
  • 16:26
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunyov güllə atıcılığı üzrə dünya çempionatında 2-ci yeri qazanaraq gümüş medal qazanıb.

"Report" xəbər verir ki, təmsilçimiz 25 m məsafəyə tapançadan atış yarışında fərqlənib.

Dünya çempionatı Misirin Qahirə səhərində keçirilib.