Vuçiç Serbiyada dövlət çevrilişinin planlaşdırılması ilə bağlı iddiaları təkzib edib

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 20:45
Vuçiç Serbiyada dövlət çevrilişinin planlaşdırılması ilə bağlı iddiaları təkzib edib

Serbiyanın "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" parlament qrupunun rəhbəri Aleksandar Vuçiç parlamentin fəaliyyətinə və yeni hökumətin formalaşdırılmasına mane olmayacaqlarını bəyan edib.

"Report"un Balkan bürosu xəbər verir ki, o bu barədə Serbiya parlamentinin təsis iclasında çıxışı zamanı bildirib.

"Biz sizin hər hansı bir işinizə mane olmaq niyyətində deyilik. İstəyirik ki, müvafiq orqanları mümkün qədər tez formalaşdırasınız. Bu proses bizim əhəmiyyətli çoxluğa malik olduğumuz əvvəlki prosesdən xeyli qısa çəkməlidir. Bizim tərəfimizdən heç bir maneə ilə üzləşməyəcəksiniz", - Vuçiç qeyd edib.

O, həmçinin siyasətdə insanların həm qələbə, həm də məğlubiyyətə normal yanaşmalı olduğunu vurğulayıb.

Vuçiç oktyabrın 25-dən 26-na keçən gecə seçkilərdə məğlubiyyətdən sonra dövlət çevrilişi planlaşdırması ilə bağlı səsləndirilən iddiaları da təkzib edib.

44 filmi