Daha bir idmançımız Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazandı

Fərdi
  • 20 iyun, 2021
  • 10:47
Daha bir idmançımız Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

"Report" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerliftinq üzrə milli komandamızın üzvü Pərvin Məmmədov (49 kq) 157 kq nəticə göstərərək, yarışı 4-cü yerdə yekunlaşdırıb.
Yüksək nəticə əldə etmiş Pərvin Məmmədov ölkəmizi Tokio-2020 Yay Paralimpiya Oyunlarında təmsil etmək hüququ qazanıb. Bu, Azərbaycanın Paralimpiya Oyunlarına 19-cu lisenziyası olub.

Pərvin Məmmədov

44 filmi