"Burada hər şey yüksək səviyyədə təşkil olunub".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında Çin komandasının heyətində qızıl medal qazanan Cunhuy Liu deyib.
İdmançı Azərbaycana artıq ikinci dəfə səfər etdiyini xatırladıb.
O, mayda - Dünya Kubokunda da paytaxta gəldiyini söyləyib: "Bakı Atıcılıq Mərkəzindən və yarışın təşkilindən çox razıyam. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm”.