Böyük Dəbilqə: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazanıb Böyük Dəbilqə martın 26-da başa çatacaq
Fərdi
24 Mart , 2023 18:10
Böyük Dəbilqə: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə çinli Yeqing Zhunu məğlub edib. 

Daha əvvəl 60 kq-dakı Turan Bayramov qızıl medala sahib çıxıb. 

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

17:59

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib. 

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Zhu ilə üz-üzə gələcək. 

14:26

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Kanat Seilkhana ipponla qalib gəlib. 

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək. 

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

13:50

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilkhanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi