Avropa çempionatı: Beş qadın güləşçi mübarizəyə başlayır, Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Avropa çempionatı: Beş qadın güləşçi mübarizəyə başlayır, Stadnik 9-cu dəfə qızıl medal qazana bilər Yarış aprelin 23-də başa çatacaq
Fərdi
20 Aprel , 2023 09:27
Avropa çempionatı: Beş qadın güləşçi mübarizəyə başlayır, Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

Bu gün Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report" xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

57 kq-dakı Jalə Əliyeva 1/4 finalda Anna Şel (Macarıstan) - Yelena Brügger (Almaniya) cütünün qalibi ilə görüşəcək.

62 kq-dakı Birgül Soltanova təsnifatda Viktoriya Vessoyla (Estoniya), 65 kq-dakı Elis Manolova 1/4 finalda İrina Rinqaci (Rumıniya) - Kendra Daçer (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.

Nəhayət, 72 kq-dakı Nigar Mirzəzadə təsnifatda Lyudmila Tiçinanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, digər üç qadın güləşçi medal görüşündə qüvvəsini sınayacaq. 50 kq-dakı səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) üz-üzə gələcək.

55 kq-dakı Elnurə Məmmədova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal qarşılaşmasına çıxacaqlar. Onlar müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) ilə güləşəcəklər.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar. Yarış aprelin 23-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi