Bakıdakı Dünya Kubokunda medalların dronla verilmə səbəbi açıqlandı

Bakıdakı Dünya Kubokunda medalların dronla verilmə səbəbi açıqlandı Nurlana Məmmədzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Yerli Təşkilkat Komitəsinin mövcud karantin qaydaları və sanitar-epidemioloji tələblərə tam riayət etdiyini söyləyib
Fərdi
10 May , 2021 12:51
Bakıdakı Dünya Kubokunda medalların dronla verilmə səbəbi açıqlandı

Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda ən diqqətçəkən məqamlardan biri mükafatçı idmançılara medalların dronlarla təqdim edilməsi olub.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "Report"a açıqlamasında bu addımı pandemiya ilə bağlı hazırkı şəraitdən irəli gələn növbəti yenilik kimi dəyərləndirib.

"İnsanların bir araya maksimum az toplaşması məqsədilə medallar gimnastlara dron vasitəsilə təqdim edildi. Bu, həm də tamaşaçı iştirakı olmadan keçən yarışlara yeni rəng qatdı" deyə o vurğulayıb.

AGF rəsmisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Yerli Təşkilat Komitəsinin mövcud karantin qaydaları və sanitar-epidemioloji tələblərə tam riayət etdiyini söyləyib: "Bununla əlaqədar müvafiq dövlət strukturları ilə sıx əməkdaşlıq etdik. Həmçinin iştirakçı ölkələrin nümayəndə heyəti üzvlərinin Bakıya gəlişi istiqamətində müvafiq olaraq, Dövlət Miqrasiya Xidməti və Nazirlər Kabineti ilə əməkdaşlığımız oldu. Onu da qeyd edim ki, Beynəlxalq Gimnastika Federasiyasının pandemiya dövründə keçirilən yarışlarla bağlı mövcud qaydalarına riayət olundu və heç bir problem yaranmadı".

Nurlana Məmmədzadə
Nurlana Məmmədzadə

Baş katibin sözlərinə görə, bir qayda olaraq, yarışlardan əvvəl nümayəndə heyətləri üçün istiqamətləndirici iclas keçirilir: "Bu dəfə pandemiya ilə əlaqədar həmin iclas onlayn formatda təşkil olundu. Yarışda gimnastların çıxışlarından sonra müsahibələri üçün nəzərdə tutulan miks-zona onlayn açıqlamalarla əvəzləndi. Jurnalistlər hətta arenaya gəlmədən də istədikləri gimnastdan müsahibə imkanı əldə etdilər".

Qeyd edək ki, ötən gün başa çatmış Dünya Kubokunda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi