Bakıdakı dünya çempionatında Azərbaycanın bir idmançısı iştirak edəcək

Bakıdakı dünya çempionatında Azərbaycanın bir idmançısı iştirak edəcək Azərbaycan millisi noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə dünya çempionatında bir idmançı ilə təmsil olunacaq.
Fərdi
178
24 Oktyabr , 2021 12:16
Bakıdakı dünya çempionatında Azərbaycanın bir idmançısı iştirak edəcək

Azərbaycan millisi noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə dünya çempionatında bir idmançı ilə təmsil olunacaq.

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 4 gün davam edəcək yarışda Mixail Malkin iştirak edəcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq. Bakıda ilk dəfə təşkil olunacaq yarış batut gimnastikası üzrə 35-ci mundialdır.

Son xəbərlər

Orphus sistemi