Bakıda yelkənli qayıq üzrə Bahar Kuboku keçirilib

Bakıda yelkənli qayıq üzrə Bahar Kuboku keçirilib Bakıda yelkənli qayıq üzrə Bahar Kuboku keçirilib.
Fərdi
10 May , 2022 17:34
Bakıda yelkənli qayıq üzrə Bahar Kuboku keçirilib

Bakıda yelkənli qayıq üzrə Bahar Kuboku keçirilib.

Azərbaycan Yelkən Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışın ilk günü dənizdə müşahidə edilən güclü dalğa səbəbindən mayın 9-da baş tutub.

Turnirdə Optimist Ümumi və ILCA-4 sinfinin şagirdləri iştirak edib. Optimist Ümumi sinfindən 11 və ILCA-4 sinfindən 5 şagird mübarizə aparıb. ILCA-4 sinfindən türkiyəli Dario Dəniz Ergun da yarışa qatılıb.

Optimist Ümumi sinfindən Fidan Ağazadə 1-ci, Kristina Kərimova 2-ci, Davud Babazadə 3-cü yeri tutub.

Optimist Qızlar sinfindən isə Fidan Ağazadə 1-ci, Kristina Kərimova 2-ci, Nəzrin Məmmədova 3-cü sırada qərarlaşıb. ILCA 4 sinfindən İsmail Kərimov bütün rəqiblərini qabaqlayıb. Türkiyəli Dario Dəniz Ergun və Sehavet Azimov növbəti pillələrdə yer alıblar.

Son xəbərlər

Orphus sistemi