Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramındakı idman növləri açıqlanıb

Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramındakı idman növləri açıqlanıb Azad Rəhimovun rəhbərliyi ilə toplantı keçirilib
Fərdi
12 İyun , 2018 17:21
Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramındakı idman növləri açıqlanıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) hazırlıq işlərinin müzakirəsi məqsədilə toplantı keçirilib. 

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Azad Rəhimovun rəhbərlik etdiyi görüşdə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nazir müavini İsmayıl İsmayılov, Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

Bildirilib ki, 6 gün davam edəcək yarışda iştirak üçün Bakıya qitənin 50 ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə, 3500-4000 qonağın gəlişi gözlənilir.

İdmançılar, ümumilikdə, 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped idmanı, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan-Roma və sərbəst güləş ), 13 proqram üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasimi "Crystal Hall"da baş tutacaq. 

Toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

A.Rəhimov bildirib ki, qarşıda Azərbaycan idmançılarını mötəbər idman yarışları gözləyir. Oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları, 2019-cu ilin iyununda Belarusun paytaxtı Minskdə II Avropa Oyunları və digər mötəbər idman tədbirlərinin hər biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına gedən yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.

Qeyd edək ki, Bakıda EYOF 20 - 28 iyul 2019-cu ildə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi