Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Fərdi
28 Sentyabr , 2023 12:18
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

ACF-dən "Report"a verilən məlumata görə, Böyük Dəbilqənin başa çatmasından sonra start götürən hazırlıq prosesi sentyabrın 29-dək davam edəcək.

Toplanışda 100-dən çox idmançı iştirak edir. Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistanı və digər ölkələrin cüdoçuları qatılıblar.

Bu, 4-8 oktyabrda Portuqaliyada gerçəkləşəcək gənclər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Eyni zamanda, təlim-məşq toplanışı böyüklərdən ibarət millinin 3-5 noyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.

Son xəbərlər

Orphus sistemi