Azərbaycanın veteran cüdoçuları noyabrın 4-dən 7-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
"Report" xəbər verir ki, mundiala 68 ölkədən 1500-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda kişilər arasında 8 yaş kateqoriyası üzrə 9 idmançı, qadınlarda isə F5 yaş kateqoriyasında Zülfiyyə Hüseynova (70 kq) ilə təmsil olunacaq.
Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.
Qadınlar
F5 yaş kateqoriyası
70 kq. Zülfiyyə Hüseynova
Kişilər
M1 yaş kateqoriyası
81 kq. Ramil Allahverdi
90 kq. Mərdan Qədirli
M2 yaş kateqoriyası
81 kq. Ramil Danziyev
M3 yaş kateqoriyası
100 kq. İntiqam Ələkbərov, Valeri Fomin, Nizami Məmmədov
M6 yaş kateqoriyası
+100 kq. Qabil Qasımov
M7 yaş kateqoriyası
90 kq. Nazim Əliyev
M8 yaş kateqoriyası
90 kq. Fərhad Rəcəbli
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.