Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 4 medal qazandı

Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 4 medal qazandı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının təşkilatçılığı ilə usta ağırlıqqaldıranlar arasında dünya çempionatı keçirilib.
Fərdi
31 May , 2021 12:22
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 4 medal qazandı

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının təşkilatçılığı ilə usta ağırlıqqaldıranlar arasında dünya çempionatı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, koronavirus pandemiyası səbəbindən onlayn təşkil edilən yarışda ölkəni 4 idmançı təmsil edib.

70 - 74 yaşlı atletlərin (M-70) qrupunda Səddar Quliyev (“Zirvə”) 81 kq çəki dərəcəsində toplam 138 kq (59+79) nəticə ilə, 96 kq-dakı Vladimir Jilyayev ("Zirvə") 151 kq (66+85) nəticə ilə gümüş medal qazanıb.

Yaşı 35-39 arası olan atletlərin (M-35) qrupunda Daxili İşlər Nazirliyinin əməkdaşı Virur Bayramov ("Dinamo") 89 kq-da toplam 299 kq (136+163) nəticə ilə gümüş medala sahib çıxıb. 96 kq-da yarışan Elnur Hüseynov (“Zirvə”) isə toplam 331 kq (150+181) nəticə ilə mundialın qızıl medalını qazanıb. O, həm də öz yaş qrupunda dünyanın ən yaxşı atleti seçilib.

Qeyd edək ki, yarışa 80-ə yaxın ölkədən toplam 758 ağırlıqqaldıran (399 kişi, 359 qadın) qatılıb. Dünya çempionatında iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulub, hər biri öz yanaşmasını müvafiq qaydalara uyğun və sıralama ilə yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi