Azərbaycanın şef de-missionu: “Patrik Braxner buzlu sahədə yıxılsa da, xəsarət almayıb"

Azərbaycanın şef de-missionu: “Patrik Braxner buzlu sahədə yıxılsa da, xəsarət almayıb" Azərbaycanın nümayəndə heyəti fevralın 26-da Pxençxanı tərk edəcək
Fərdi
22 Fevral , 2018 09:53
Azərbaycanın şef de-missionu: “Patrik Braxner buzlu sahədə yıxılsa da, xəsarət almayıb

Bakı. 22 fevral. REPORT.AZ/ “Patrik Braxner yarışa çox yaxşı başlamışdı, sürətlə gedirdi. Lakin marşrutda buzlu sahə olduğundan, iştirakçıların əksəriyyəti orada yıxıldı”.

Bunu “Report”a açıqlamasında Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu Anar Bağırov ölkənin yeganə təmsilçisi, dağ xizəkçiliyinin slalom növündə çıxış edən Patrik Braxnerin yıxlaraq finişə çata bilməməsinə şərh verərkən deyib.

Onun sözlərinə görə, 26 yaşlı avstriyalı legionerlə yanaşı, dünya və olimpiya mükafaçısı olan xizəkçilər buzlu sahədə uğursuzluqla üzləşiblər: “Yarışa qatılan 108 idmançıdan 52-si finiş çata və ikinci keçidə vəsiqə qazana bildi. Digərləri isə mübarizəni dayandırdılar. Braxner yıxılsa da, xəsarət almayıb”.

A.Bağırov Azərbaycanın nümayəndə heyətinin fevralın 26-da Pxençxanı tərk edərək, ertəsi gün Bakıya çatacaqlarını da söyləyib.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi