​Azərbaycanın qadın taekvondoçusu "Rio-2016"ya məğlubiyyətlə başlayıb

Fərdi
  • 17 avqust, 2016
  • 13:14
​Azərbaycanın qadın taekvondoçusu Rio-2016ya məğlubiyyətlə başlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.

1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2. İlk 3 raunddan sonra Abakarova 0:3 hesabı ilə geridə olub. Sonuncu raundda o, fərqi minimuma endirsə də, məğlubiyyətdən yaxa qurtara bilməyib.

İndi Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.