Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 2 medal qazanıb
- 10 mart, 2022
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 68 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Marta Navarro üz-üzə gəlib.
Görüşdən 6:3 hesabı ilə qalib ayrılan Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
20:39
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Avropa çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində rəqib rumıniyalı Andreya Beatris Ana olub.
Rəqibinə 0:12 hesabı ilə uduzan Məmmədova gümüş medalla kifayətlənib.
50 kq-da yer alan Şəhanə Nəzərova isə bürünc medal görüşündə almaniyalı Liza Erselə uduzaraq (8:9) 5-ci yeri tutub.