Azərbaycanın olimpiya mükafatçısı 2024-cü ili reytinqdə ikinci pillədə başa vurub
Fərdi
- 06 dekabr, 2024
- 06:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedov dünya reytinqində 2024-cü ili ikinci pillədə başa vurub.
"Report" xəbər verir ki, bu, Dünya Taekvondosunun (World Taekwondo) rəsmi saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.
58 kq çəki dərəcəsində yer alan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.
Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.
Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.
Son xəbərlər
22:56
Foto
Lüksemburqda Zəfər Günü qeyd olunub
Xarici siyasət
22:45
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
Region
22:44
Aİ Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal əlaqələri gücləndirəcək
Digər ölkələr
22:32
Foto
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
Fərdi
22:30
Trampın xüsusi nümayəndələri Əbu-Dabidən Moskvaya gedə bilərlər
Digər ölkələr
22:20
Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
22:14
Fransa soyuduculara kiberhücumların arxasında İranın dayandığını açıqlayıb
Digər ölkələr
21:55
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Ekologiya
21:41
Foto
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Fərdi