Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
Fərdi
- 20 aprel, 2024
- 18:09
Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ adlayıb.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.
O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.
Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.
Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.
Son xəbərlər
16:50
Tramp: ABŞ Baydenin dövründə dünyanın gülüş hədəfi idi
Digər ölkələr16:49
Foto
Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub
Turizm16:46
Foto
Azərbaycan Cənubi Koreyanın dövlət maliyyəsinin rəqəmsal idarə olunması təcrübəsini öyrənir
Maliyyə16:45
Ərdoğan: Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq
Region16:44
Türkiyə Prezidenti: Hörmüz ticarət gəmiləri üçün açıq olmalıdır
Digər16:41
Ərdoğan: Müharibələr regionu "barıt qoxusuna" çevirib
Region16:41
ABB-nin dəstəyi ilə ADA Universitetində "Karyera Həftəsi"
Elm və təhsil16:36
Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üz-üzədir
Region16:35