Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlaşır

Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlaşır Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları hazırlıq prosesini davam etdirir.
Fərdi
19 Sentyabr , 2020 14:54
Azərbaycanın güləş yığmaları dünya çempionatına hazırlaşır

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları hazırlıq prosesini davam etdirir.

"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün milli komandaların açıq məşqi baş tutub. Federasiyanın stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib.

Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan milli karantin dövründə də məşqlərə ara verməyib. Güləşçilər pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib.

Hazırda yığmalar açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Federasiya idmançıların yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi