Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində ikinci günə start verilib.
Fərdi
3 sentyabr 2022 05:59
Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində ikinci günə start verilib.

"Report"un məlumatına görə, Azərbaycanın daha 9 idmançısı bu gün mübarizəyə qoşulur.

Kişilərin kumite yarışında 84 kiloqram çəki dərəcəsində Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayev, 84 kq-dan yuxarı çəkidə Asiman Qurbanlı ilə Murad Hacızadə tatamiyə çıxacaq.

Qadınlardan isə Ayla Rzazadə (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) qüvvəsini sınayacaq.

Fərdi kata yarışında isə Roman Heydərov artıq mübarizəyə başlayıb.

Qeyd edək ki, Premyer Liqanın Bakı mərhələsinə 58 ölkədən 347 tannmış karateçi qatılıb. İlk yarış günündə Əminağa Quliyev (60 kq) finala yüksəlib. Tural Ağalarzadə (66 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Medal qarşılaşmaları sentyabrın 4-də olacaq.

Son xəbərlər

Orphus sistemi