Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub Azərbaycan yığma komandası İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa Kubokunda ümumi hesabda 4-cü yeri, oğlanlar arasında isə 2-ci yeri tutub.
Fərdi
22 Aprel , 2024 11:30
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə (100 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc mükafat əldə edib.

Son xəbərlər

Orphus sistemi