Azərbaycanın cüdo hakimləri üçün seminar təşkil edilib
Fərdi
- 20 iyul, 2023
- 06:29
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyəti üçün seminar keçirilib.
Qurumdan "Report"a verilən məlumata görə, tədbirdə yarışlar zamanı mübahisələrə səbəb olan epizodlar təhlil olunub.
Hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.
ACF-nin təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.
Son xəbərlər
20:33
Foto
İpoteka və Kredit Zəmanət Fondunun kollektivi şəhidləri anıb
Daxili siyasət20:26
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər
Daxili siyasət20:20
Foto
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Zəfər Parkını ziyarət ediblər
Daxili siyasət20:06
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
Futbol19:37
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Digər ölkələr19:26
Foto
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
Futbol19:25
Foto
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
Daxili siyasət19:13
Valeri Çeçelaşvili: Azərbaycan ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı
Region18:53
Foto