Azərbaycanda mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək

Azərbaycanda mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi müəyyən edilib.
Fərdi
19 Avqust , 2022 14:25
Azərbaycanda mərc oyunlarının gəlirlərinin bir hissəsi sosial layihələrə yönəldiləcək

Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi müəyyən edilib.

"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 milyon manata çatanadək olan hissəsinin 1 faizi, 100 milyon manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldiləcək.

Qərarla idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyənin vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, əvvəlki qərarda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 min manat həcmində müəyyən edilmişdi. Ancaq burada sosial əhəmiyyətli layihələr nəzərdə tutulmamışdı

Son xəbərlər

Orphus sistemi