Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb Bakı. 14 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.
Fərdi
14 Fevral , 2019 15:51
Sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışına başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

"Report" Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.

Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif AbdullayevSadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.

Son xəbərlər

Orphus sistemi