​Azərbaycan taekvondoçuları Dünya Kubokunda iştirak edəcəklər

Fərdi
  • 05 dekabr, 2014
  • 23:05
​Azərbaycan taekvondoçuları Dünya Kubokunda iştirak edəcəklər

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan taekvondoçuları 6-7 dekabr tarixlərində Belarusda keçiriləcək MDB Açıq Kuboku - Dünya Kubokunda iştirak edəcəklər.

"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla bütün MDB dövlətlərindən, o cümlədən Böyük Britaniya, Latviya, Finlandiya və Çexiyadan iştirak haqqında ərizə daxil olub.

Yarışlar "Minsk-Arena" velodromunda keçiriləcək. Kubokda təqribən minə yaxın idmançının iştirakı gözlənilir. Turnirdə 200-dən çox mükafat dəsti oynanılacaq. Kubokun açılış mərasimi dekabrın 6-da günorta saatlarında baş tutacaq.

Mərasimdə iştirakçı ölkələrin Belarusda akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsi nümayəndələrinin iştirakı gözlənilir.