Azərbaycan şahmatçısı: "Memorialın blits turnirində inamlı çıxış edə bilmədim"

Azərbaycan şahmatçısı: "Memorialın blits turnirində inamlı çıxış edə bilmədim" "Memorialdan əvvəl də əsasən rapid mərhələsi üçün hazırlaşmışdım"
Fərdi
13 Dekabr , 2023 12:25
Azərbaycan şahmatçısı: Memorialın blits turnirində inamlı çıxış edə bilmədim

"Blits turnirində o qədər də inamlı çıxış edə bilmədim".

Bunu "Report"a açıqlamasında Qəbələdə təşkil edilmiş “Vüqar Həşimov Memorialı-2023”də mübarizə aparan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

18 yaşlı iti zəka sahibi rapid üzrə yarışda nümayiş etdirdiyi oyundan zövq aldığını bildirib: "Memorialdan əvvəl də əsasən rapid mərhələsi üçün hazırlaşmışdım. Düşünürəm ki, bu, indiyədək göstərdiyim ən yüksək performanslardan biri idi. Amma bilts turniri haqqında eyni sözləri deyə bilməyəcəyəm".

Süleymanlı 2024-cü ildə bilts üçün xüsusi hazırlaşacağını və bunu gücləndirməyə çalışacağını söyləyib: "Bundan sonrakı yarışım Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və bilts üzrə dünya çempionatıdır. Orada daha da yaxşı oyun göstərəcəyimə ümid edirən".

Qeyd edək ki, Aydın Süleymanlı “Vüqar Həşimov Memorialı-2023”ü 18,5 xalla başa vurub. O, Rauf Məmmədovla birlikdə 4-5-ci yerləri bölüşdürüb. Şahmatçı rapid yarışında 11 xalla birinci olub. Turnirdə hindistanlı Vidit Santoş Qujrati qalib adını qazanıb.

Son xəbərlər

Orphus sistemi