Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Fərdi
2 Sentyabr , 2024 18:30
Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

AŞF-dən "Report"a verilən məlumata görə, iclasda qurumun prezidenti Mahir Məmmədov, I Vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvləri və federasiyanın nümayəndələri iştirak edib.

Federasiya rəhbəri Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Macarıstanın paytaxtı Budapeştdəki Ümumdünya Şahmat Olimpiadasına hazırlığı barədə danışıb.

Hər iki komandanın mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.

İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi