Azərbaycan Qran-prisində ilk qaliblər müəyyənləşir

Azərbaycan Qran-prisində ilk qaliblər müəyyənləşir Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
Fərdi
11 İyun , 2022 07:30
Azərbaycan Qran-prisində ilk qaliblər müəyyənləşir

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.

"Report"un məlumatına görə, "Formula-2"də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək.

"Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Azərbaycan Qran-prisi

11 iyun

"Formula 2"
13:30 - 14:20. Sprint yarışı

"Formula 1"
15:00 - 16:00. III sərbəst yürüş

"Formula 1"
18:00 - 19:00. Sıralama turu

İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də sərbəst yürüş və sıralama turu gerçəkləşib. "Formula 1"də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər. "Formula 2"də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi