Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub "Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.
Fərdi
12 İyun , 2022 16:38
Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Beləliklə, Ferstappen ilk dəfə Bakıdakı yarışda kuboka sahib çıxıb. Ötən il Peres finişə birinci çatdığı üçün "Red Bull" ardıcıl ikinci dəfə Azərbaycan Qran-prisində qalib adını qazanıb.

"Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan Kevin Maqnussen və "Alfa Romeo"nun üzvü Çjou Quanyuy mübarizəni sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunub. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

15:47

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir.

"Report"un məlumatına görə, 21-ci dövrədə "Ferrari"nin pilotu Şarl Leklerin mübarizəni dayandırmasından sonra lider dəyişib.

"Red Bull"dan Maks Ferstappen birinci pilləni ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü sıradadır.

15:40

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir.

"Report"un məlumatına görə, 19 dövrədən sonra "Ferrari"nin pilotu Şarl Lekler liderdir.

"Red Bull"un pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres isə üçüncü pillədə qərarlaşıb.

15:00

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

"Report"un məlumatına görə, 51 dövrənin yekununda qalib bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

Son xəbərlər

Orphus sistemi