Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb

Fərdi
  • 02 dekabr, 2023
  • 06:48
Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb

Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub.

"Report"un məlumatına görə, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib.

K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçu bürünc medala sahib olub.