Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb - YENİLƏNİB - 3

Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb - YENİLƏNİB - 3 Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində start götürən üzrə Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.
Fərdi
5 İyul , 2024 15:05
Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb - YENİLƏNİB - 3

Azərbaycanın daha bir parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində uğurlu çıxış edib.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma üzvü meksikalı rəqibi zədə səbəbindən final döyüşünə çıxmadığına görə qızıl medal qazanıb.

13:23

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində qızıl medal qazanıb.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan 18 yaşlı idmançı finalda özbəkistanlı rəqibini məğlub edib.

Qeyd edək ki, S.Zeynalov Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

11:52

Azərbaycanın daha bir parataekvondoçusu Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində finala yüksəlib.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov 1/8 finalda qazaxıstanlı rəqibini yenib.

İdmançı 1/4 finalda və yarımfinalda özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

10:39

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində finala yüksəlib.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda braziliyalı rəqibini məğlub edib.

S.Zeynalov yarımfinalda cənubi koreyalı idmançıdan üstün olub.

Son xəbərlər

Orphus sistemi