Azərbaycan paralimpiya çempionları dünya ictimaiyyətinə müraciət etdi

Azərbaycan paralimpiya çempionları dünya ictimaiyyətinə müraciət etdi Azərbaycanın paralimpiya çempionları son vaxtlar cəbhyədə baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Fərdi
1 Oktyabr , 2020 13:25
Azərbaycan paralimpiya çempionları dünya ictimaiyyətinə müraciət etdi

Azərbaycanın paralimpiya çempionları son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciətdə beynəlxalq ictimaiyyət Ermənistanın növbəti təxribatlarına susmamağa çağırılıb.

"Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı yenidən hücuma başlayıb. Yeni ərazilərimizi işğal etmək məqsədilə təmas xətti boyunca, əsasən mülki əhalinin yaşadığı ərazilərə artilleriya atəşləri açıb.  Sentyabrın 27-dən bəri işğalçı Ermənistan ordusunun açdığı atəşlər nəticəsində, 2-si azyaşlı olmaqla 16 nəfər dinc sakin həyatını itirib, 55 nəfər ağır yaralanıb. Dinc əhalinin əmlaklarına külli miqdarda ziyan dəyib.

Azərbaycan ordusu işğalçı qüvvələrin növbəti həmləsini dəf edərək əks-hücum əməliyyatına başlayıb. İşğalçı qüvvələr bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib. Məğlubiyyətə uğrayan işğalçı Ermənistan ordusu çarəni dinc əhaliyə atəş açmaqda görür. Bununla işğalçı ordu əks-hücuma keçən Azərbaycan ordusunun diqqətini yayındırmaq və işğalı daha da uzun müddətə davam etdirmək istəyir.

Ermənistan silahlı qüvvələri artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğalda saxlayır. Bu işğal nəticəsində Azərbaycanın 1 milyona yaxın vətəndaşı yaşadıqları ərazilərdən qovulub. Onlar 30 ilə yaxındır ki, məcburi köçkündürlər.

Biz, paralimpiya çempionları, dünya ictimaiyyətini Ermənistanın növbəti təxribatlarına susmamağa çağırırıq. Azərbaycan ordusu işğalda olan ərazilərini geri qaytarmaq və evlərindən didərgin düşmüş insanları öz ata yurdlarına qovuşdurmaq üçün mübarizə aparır. Azərbaycan ordusu dinc sakinlərin yaşamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanın paralimpiya çempionları olaraq biz dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə qarşı dözümlü yanaşmamağa çağırırıq. Azərbaycanın haqq işini dəstəkləməyə tələb edirik. Bizim ordumuz başqa bir ölkənin ərazilərini işğal etməyib. Bizim işimiz haqq işidir", - deyə bildirilib.

Müraciəti İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Afaq Sultanova, Natali Pronina, Ramin İbrahimov və Ramil Qasımov imzalayıblar.

Son xəbərlər

Orphus sistemi