Azərbaycan millisinin yeni baş məşqçisi: Dünya çempionatında sözümüzü demək istəyirik

Azərbaycan millisinin yeni baş məşqçisi: Dünya çempionatında sözümüzü demək istəyirik "Rəşad Hüseynov daha əvvəl də əsas millidə idi"
Fərdi
19 Fevral , 2024 14:33
Azərbaycan millisinin yeni baş məşqçisi: Dünya çempionatında sözümüzü demək istəyirik

Bu il ilk dəfə karate üzrə komandalararası dünya çempionatı keçiriləcək. Bizim məqsədimiz Azərbaycan millisi olaraq sözümüzü deməkdir. Əvvəllər bunu bacarmışıq. Bu dəfə ən azından ilk "3-lük"də yer almaq niyyətindəyik.

Bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət millisinin yeni baş məşqçisi Şahin Atamov deyib.

Mütəxəssis təyinatından əvvəl 14-15 yaşlı karateçilərdən ibarət yığmada çalışdığını xatırladıb: "Orada nəticələrimiz çox yaxşı idi. Avropa çempionları və dünya mükafatçıları yetişdirdik. Federasiyanın qərarı ilə mən və Niyazi Əliyev böyüklərdən ibarət komandada çalışacağıq. Rəşad Hüseynov daha əvvəl də əsas millidə idi".

Atamov qarşıdakı məqsədlərindən də söz açıb: "Türkiyənin Antalya şəhərində Premyer Liqada iştirak edəcəyik. Orada uğurlu nəticə əldə etmək niyyətindəyik. Əsas hədəfimiz isə mayda Xorvatiyada gerçəkləşəcək Avropa çempionatıdır. Karatedə artıq xallar böyük önəm kəsb edir. Bizə daha çox reytinqli yarışlara qatılmaq lazımdır. İdmançılarımızın reytinq dərəcələrini də artırmaq istəyirik".

Son xəbərlər

Orphus sistemi