Azərbaycan millisinin baş məşqçisi: "Simonov Dohadakı nəticəsini Bakıda yaxşılaşdırmaq istəyir"

Fərdi
  • 10 mart, 2023
  • 12:28
Azərbaycan millisinin baş məşqçisi: Simonov Dohadakı nəticəsini Bakıda yaxşılaşdırmaq istəyir
Nikita Simonov

"Bir həftə əvvəl Dohadakı Dünya Kubokunda bürünc medal qazanan Nikita Simonov bu nəticəsini Bakıda yaxşılaşdırmaq istəyir".

Bunu "Report"a açıqlamasında idman gimnastikası üzrə Azərbaycan millisinin baş məşqçisi Ruslan İrqaşev deyib.

Onun fikrincə, ötən gün halqalarla hərəkətdə təsnifatda birinci yeri tutaraq finala yüksələn Azərbaycan gimnastı Nikita Simonovun medal qazanmaq şansı yüksəkdir: "Nikita finalda daha uğurlu performans sərgiləmək istəyir. Yarışın Bakıda təşkil edilməsi bu baxımdan bizə əlavə şans verir. Burada qalib gəlməyə çalışmalıyıq".

Baş məşqçi Simonovun Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə şansını da dəyərləndirib: "Bunun üçün lisenziya xarakterli Dünya Kubokunda yüksək nəticə göstərmək lazımdır. Fikrimcə, Nikita həmin yarışda finala yüksələ bilər. Oradakı nəticəsi nə qədər yüksək olsa, olimpiadaya vəsiqə şansı da bir o qədər çox olar".

Qeyd edək ki, Nikita Simonov martın 11-də finalda çıxış edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti