Azərbaycan millisinin baş məşqçisi: Lisenziya qazanmaq üçün real şanslarımız var idi

Azərbaycan millisinin baş məşqçisi: Lisenziya qazanmaq üçün real şanslarımız var idi “Paris-2024 Yay Olimpiya oyunlarına lisenziya üçün real şanslarımız var idi.”
Fərdi
21 Mart , 2024 10:35
Azərbaycan millisinin baş məşqçisi: Lisenziya qazanmaq üçün real şanslarımız var idi

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün real şanslarımız var idi.

Bunu “Report”a açıqlamasında qılıncoynatma üzrə Azərbaycan millisinin baş məşqçisi Çingiz Mustafayev Belçikanın Sent-Niklas şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların çıxışı barədə danışarkən deyib.

“Belçikada Dünya Kubokunun Olimpiya təsnifat dövründə sonuncu mərhələ yarışı keçirildi. Sablya üzrə qadınların komanda yarışında olimpiadaya vəsiqə şansını itirdik. Turnirdə 10-cu olduq. Layiqli mübarizə apardıq. Ümumi götürsək, 2 il ərzində nəticələrimiz pis olmadı. Təbii ki, komanda yarışında lisenziya qazana bilmədiyimiz üçün nəticədən razı deyiləm. Güclü komandamız var, xanımların perspektivinə inanıram. Təbii ki, səhvlərimizi təhlil edəcəyik”, - deyə Ç.Mustafayev bildirib.

Mütəxəssis qarşıdakı yarışlarda lisenziya şansını dəyərləndirib: “Hazırda bütün diqqətimiz aprelin sonunda Lüksemburqda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə yönəlib. Burada yalnız qadın sablyaçıların fərdi yarışında qalib gələn idmançı Paris olimpiadasına lisenziya əldə edəcək. 2020-ci ildə Tokioda keçirilən olimpiadaya da bu cür lisenziya qazanmışdıq. O zaman Anna Başta bütün rəqiblərini məğlub edərək Avropadan qadın sablyaçıların yarışında sonuncu lisenziyanı qazanmışdı. İnanıram ki, bu nəticəni təkrarlaya bilərik”.

Son xəbərlər

Orphus sistemi