Azərbaycan komandasının III Avropa Oyunlarındakı bayraqdarları bəlli olub
Fərdi
- 21 iyun, 2023
- 14:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
Milli Olimpiya Komitəsindən "Report"a verilən məlumata görə, bu gün təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyacaq.
Ramazanova idman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. Barat Quliyev isə İslam Həmrəyliyi Oyunlarının gümüş, komanda üzrə qızıl mükafatçısıdır.
Qeyd edək ki, yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Son xəbərlər
21:12
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
Region
21:07
Video
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Daxili siyasət
20:57
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
Region
20:50
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Xarici siyasət
20:43
Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" NTD-yə qalib gəlib
Komanda
20:41
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib
Digər ölkələr
20:40
Etirazlar fonunda Fransa istiqrazları, səhmləri və avro ucuzlaşıb
Maliyyə
20:36
Foto
Bakı Olimpiya Stadionunda "Sabah"ın "Borussiya" ilə oyunöncəsi açıq məşqi baş tutub
Futbol
20:33
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
İnfrastruktur