Azərbaycan kikboksçuları Latviyada turnirdə iştirak edəcəklər

Fərdi
  • 25 aprel, 2025
  • 12:36
Azərbaycan kikboksçuları Latviyada turnirdə iştirak edəcəklər

Azərbaycan kikboksçuları Latviyada keçiriləcək turnirdə iştirak edəcəklər.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Riqa şəhərində təşkil olunacaq WAKO üzrə yarışa 3 idmançımız qatılacaq.

"Latvia Open"də gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlinin rəhbərliyi altında Rafiq Babazadə (57 kq, K-1), Ayxan Həsənov (81 kq, K-1) və Oqtay İsmayılov (60 kq, K-1) mübarizə aparacaqlar.

Turnirdə WAKO kateqoriyalı hakim, federasiyanın hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov da fəaliyyət göstərəcək. Nümayəndə heyətinə AKF-nin baş katibi İlkin Məsimzadə rəhbərlik edir.

Qeyd edək ki, bu gün startı verilən və aprelin 28-də yekunlaşacaq yarışda qalib gələn idmançılar pul mükafatı ilə təltif olunacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti