Azərbaycan karateçisi: "Avropa Oyunlarında qələbə gözyaşlarını gözləyirik"
Fərdi
- 19 iyun, 2023
- 13:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Məşq prosesi həddindən artıq yorucu və ağır keçir. Buna baxmayaraq qələbə gözyaşlarını gözləyirik".
"Report" xəbər verir ki, bunu Azərbaycanın qadın karateçisi Fəridə Əliyeva Polşada keçiriləcək III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
68 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarışın asan olmayacağını bildirib: "İlk dəfə Avropa Oyunlarında iştirak edəcəyəm. Mötəbər yarışa lisenziya qazandığım üçün çox xoşbəxtəm. Avropanın ən güclü 8 karateçisi turnirdə mübarizə aparacaq".
Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.
Son xəbərlər
20:41
Tramp: Ukraynada genişmiqyaslı atəşkəslə bağlı iş gedir
Digər ölkələr
20:31
Əraqçi: Hörmüz boğazının yenidən açılması çətin məsələ deyil
Region
20:10
Bəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Digər ölkələr
20:04
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
Fərdi
20:00
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Digər ölkələr
19:51
Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub
Digər ölkələr
19:30
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Xarici siyasət
19:17
Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır
Region
19:04
"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib
Futbol