Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu

Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu Rəqibinə məğlub olan Abdullayev gümüş medalla kifayətlənib
Fərdi
22 May , 2021 15:29
Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu

Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Ağayev ikinci yerlə kifayətlənib və gümüş medal qazanıb.

Daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Pənah Abdullayev (84 kq) isə gümüş medal əldə edib.

14:49

Azərbaycanın daha bir karateçisi Pənah Abdullayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 84 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Uğur Aktaşla qarşılaşıb.

Rəqibinə məğlub olan Abdullayev gümüş medalla kifayətlənib.

14:38

Azərbaycanın qadın karateçisi İrina Zaretska Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsidu ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Zaretska Avropa çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında da qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi