Azərbaycan karateçiləri Premyer Liqa turnirində beş medal qazanıblar

Azərbaycan karateçiləri Premyer Liqa turnirində beş medal qazanıblar Azərbaycan karateçiləri Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Karate 1 Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.
Fərdi
30 Yanvar , 2023 15:35
Azərbaycan karateçiləri Premyer Liqa turnirində beş medal qazanıblar

Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçirilmiş Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar.

Federasiyadan "Report"a verilən məlumata görə, Tural Ağalarzadə (60 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Mədinə Sadiqova (55 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutub.

Əminağa Quliyev (60 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (84+ kq) son anda medalı əldən verib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Mövsümün ilk Premeyr Liqa yarışına 58 ölkədən 384 idmançı qatılıb.

Qahirədə həmçinin Premyer Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara “Grand Winner” mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev (Bakı, 1-ci yer, Rabat 3-cü yer, Qahirə 5-ci yer) və İrina Zaretska (Fuceyra 1-ci yer, Mataşinos 2-ci, Bakı 1-ci yer, Qahirə 3-cü yer) da bu mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi