Azərbaycan idmançısı V Beynəlxalq Mersin Marafonunda 15-ci yeri tutub

Azərbaycan idmançısı V Beynəlxalq Mersin Marafonunda 15-ci yeri tutub Azərbaycan idmançısı Əmrah Nağyev Dünya Atletika Birliyi tərəfindən “Elite Label” kateqoriyasına salınan V Beynəlxalq Mərsin Marafonunda 15-ci yeri tutub.
Fərdi
11 Dekabr , 2023 15:50
Azərbaycan idmançısı V Beynəlxalq Mersin Marafonunda 15-ci yeri tutub

Azərbaycan idmançısı Əmrah Nağıyev Dünya Atletika Birliyi tərəfindən “Elite Label” kateqoriyasına salınan V Beynəlxalq Mersin Marafonunda iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, yarışa 25 ölkədən 1700-ə yaxın idmançı qatılıb.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalı verilməsi səbəbindən marafona (42 km) maraq əvvəlkilərdən daha yüksək olub. Tədbir çərçivəsində həmçinin xalq qaçışı, konkisürmə və 10 km məsafəyə qaçış keçirilib.

Əmrah Nağıyev 10 km məsafə üzrə yarışıb. İdmançı məsafəni 35 dəqiqə 48 saniyəyə qət edib. Bu göstərici ilə kişilər arasında 15-ci olan Ə.Nağıyev marafonun medalına layiq görülüb.

İlk dəfə marafonda iştirak edən digər idmançımız Amin İsmayılov isə 155-ci olub.

Son xəbərlər

Orphus sistemi