Azərbaycan güləşçisi dünya çempionu olub
Fərdi
- 25 oktyabr, 2024
- 17:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Son xəbərlər
12:21
VNG Azərbaycandan təbii qaz idxalını artırmağa, uzunmüddətli müqavilə bağlamağa hazırdır - EKSKLÜZİV
Energetika12:14
"Fitch": "Italiana Petroli"ni almaqla SOCAR Avropa bazarında iştirakını genişləndirəcək"
Energetika12:13
Azərbaycanda sentyabrda 179,5 min nəfər yaşa görə aylıq sosial müavinət alıb
Maliyyə12:12
III Beynəlxalq Xankəndi Ultramarafonuna qatılacaq ölkələrin adları müəyyənləşib
Fərdi12:11
"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur
Maliyyə12:08
Azərbaycan iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvələri açıqlanıb
İqtisadiyyat12:04
Video
"Azərişıq": Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq
Energetika11:57
Qubada keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlanıb
Hadisə11:50