Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım "Frank Çamizonu ancaq gəncəlilər məğlub edə bilərdilər, mən də bacardım. Ona daha əvvəl Toğrul Əsgərov qalib gəlmişdi".
Fərdi
7 Aprel , 2024 19:27
Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım.

“Report”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüşü barədə jurnalistlərə açıqlamasında deyib.

İkiqat dünya və dördqat Avropa çempionu olan rəqibini üstələyərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 23 yaşlı güləşçi bunu son saniyələrdə bacardığını vurğulayıb: “Turnir Azərbaycanda təşkil olunduğu üçün ikiqat motivasiya ilə hazırlaşırdım. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən vermişdim. Burada isə əksinə, sona 3 saniyə qalmış lisenziya qazandım”.

Son xəbərlər

Orphus sistemi