Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb
Fərdi
- 24 oktyabr, 2016
- 06:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. "Report"un məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.
74 kq çəki dərəcəsində mübarizə aparan "Rio-2016"nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə o, yerli idmançı Hacı Nəbiyevi üstələyib.
Bürünc medalları Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazanıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.
Son xəbərlər
21:55
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Ekologiya
21:41
Foto
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Fərdi
21:39
Merts Aİ-nin növbəti büdcəsini bloklamaqla hədələyib
Digər ölkələr
21:36
Aİ Ukraynaya hərbi yardım missiyasının mandatını 2028-ci ilədək uzadıb
Digər ölkələr
21:24
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
Fərdi
21:02
İran Dohada ABŞ ilə görüş keçiriləcəyi barədə məlumatı təkzib edib - Yenilənib
Digər ölkələr
20:58
Türkiyə Prezidenti: Qabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
Region
20:51
Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir
Region
20:40
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
Elm və təhsil