Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək

Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət yığması Bəhreynin paytaxtı Manamada məktəblilər arasında keçiriləcək Gimnaziadada iştirak edəcək.
Fərdi
19 Oktyabr , 2024 17:52
Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziadada iştirak edəcək

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət yığması Bəhreynin paytaxtı Manamada məktəblilər arasında keçiriləcək Gimnaziadada iştirak edəcək.

"Report" xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq), Fərhad Süleymanlı (92 kq) və Hakim Tağıyev (110 kq) sərbəst güləşçilərin mübarizəsində yer alacaq.

Güləş üzrə yarışlar Gimnaziadanın son günlərində (28-30 oktyabr) baş tutacaq.

Böyük məşqçi Rövşən Umudov qızların yarışına Nəzrin Əhmədli (43 kq), Fatimə Bayramova (53 kq),Esra Məmmədli və Fidan Babayeva (hər ikisi 57 kq) ilə çıxacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kq), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kq), Nihat Tağıyev (60 kq), Akif Nəcəfli (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev, Emil Abasov (80 kq), Səid Paşayev (92 kq) və Mikayıl İsmayılov (110 kq) icra etməyə çalışacaq.

Yarışda I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Qeyd edək ki, oktyabrın 24-dən 30-dək keçiriləcək Gimnaziadada 71 ölkə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi