Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Fərdi
  • 20 aprel, 2023
  • 05:40
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Federasiyadan “Report”a verilən məlumata görə, yarış aprelin 22-23-də baş tutacaq.

Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti