Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib.
Fərdi
2 Aprel , 2022 13:55
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda bürünc medal qazanıb
Nikita Simonov

Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

"Report"un məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.

Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.

13:20

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib.

"Report"un məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.

Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.

Qeyd edək ki, bu gün Azərbaycanın digər idman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə final çıxışını edəcək.

Son xəbərlər

Orphus sistemi